Hizbullahın Hayfaya hücumundan bir milyon insan zərər çəkib
Bölmə: Dünya › ,Tarix: 23:20 23.09.2024
İsrail mediası Livanda Hizbullahın sərhəddən 46 kilometr dərinlikdə yerləşən Hayfa şəhəri ətrafında həyata keçirdiyi raket hücumundan bir milyon insanın zərər çəkdiyini bildirib.
Hücum Hizbullahın 8 oktyabr 2023-cü ildən bəri sərhədin ən dərin bölgəsi və Hayfaya "ilk hücumu" olaraq qeydə alınıb. Hayfa bölgəsindəki ən böyük tibb kompleksi olan Rambam Xəstəxanası öz fəaliyyətini yeraltı avtoparkın mənfi 2 və mənfi 3 mərtəbələrində həyata keçirdiyini açıqladı.
İsrail ordusu ilə Livan Hizbullahı arasında artan gərginlik Hizbullahın gecə saatlarında sərhədin 46 kilometr dərinliyində Hayfa şəhəri ətrafında həyata keçirdiyi hücumla pik həddə çatıb.
Hizbullah tərəfindən dünən gecə və bu səhər Ramat David hərbi hava bazası və İsrailin müdafiə sənayesi şirkəti Rafaelin bölgədəki qərargahını hədəf alan hücumlar Hizbullahın 8 oktyabrdan bəri sərhədin ən dərin hissəsinə və Hayfaya ilk hücumu olub.
Haaretz qəzetinin məlumatına görə, Hizbullahın son hücumlarında 5 nəfər yaralanıb.
İsrailin Kanal 12 televiziyasının xəbərinə görə, Hizbullahın hücumu üç nöqtəyə çatıb. Hayfa yaxınlığındakı Kiryat Bialikdə ikimərtəbəli yaşayış binasına ziyan dəyərkən, ətraf ərazilərə ziyan dəyib, 3 nəfər yaralanıb.
Aşağı Qaliley bölgəsindəki Moreşet adlanan qəsəbədə bir evə raket düşməsi nəticəsində ciddi ziyan dəyib. Aşağı Qalileydə Beyt Şearim qəsəbəsində iribuynuzlu südçülük fermasının tövləsinə raket düşüb, nəticədə 15 baş inək ölüb.
Hizbullahın son raket hücumu çərçivəsində "1 milyondan çox insanın təsirləndiyi" bildirilib.
Hayfa regionunun ən böyük tibb kompleksi olan Rambam xəstəxanası yaralıların gətirildiyi ünvanlardan birinə çevrilib.
Xəstəxana İsrail ordusunun ön cəbhə komandanlığının tətbiq etdiyi təhlükəsizlik məhdudiyyətlərinə əməl edərək, yeraltı avtomobil dayanacağının mənfi 2 və mənfi 3 mərtəbələrində fəaliyyətini həyata keçirdiyini açıqlayıb .
Rambam Xəstəxanasının sözçüsü David Menter mətbuat konfransında bildirib ki, xəstəxana üçüncü mərtəbədə 1200 çarpayı, ikinci mərtəbədə isə 700 çarpayılıq və bütün tibbi avadanlıqlarla hazırlanıb.
Yeni açılan bu yeraltı mərtəbələrdə hər cür müalicənin aparıla biləcəyini deyən Merter xəstəxanada 1500 həkim, 1500 tibb bacısı və yüzlərlə mühafizəçinin çalışacağını qeyd edib.
İsrail ordusu Livanda Hizbullaha aid olduğu iddia edilən hədəflərə də hava zərbələri endirib.
Mənbə: NTV Haber
Kərimova Elnurə