Türkiyə və Almaniya qastronomik irs üzərində mübahisə edir

Bölmə: Dünya › ,
Tarix: 23:06 24.09.2024

"İnformator.az" EADaily-ə  istinadən xəbər verir ki, Berlin və Ankarada dönər kababı və onun mənşəyi ilə bağlı yenidən mübahisə yaranıb . Türkiyə mətbəxində ənənəvi olduğunu iddia edərək, məşhur yeməyi coğrafi cəhətdən qorunan adlar siyahısına əlavə etməyə çalışır.

Lakin əhalinin əhəmiyyətli bir hissəsinin türk köklü olduğu Almaniya bu fikirlə razılaşmır, çünki ölkədə dönər də populyarlıq qazanıb.

Mənbələrə görə, dönərxana sənayesi Almaniyaya illik 2,3 milyard avro gəlir gətirir və bu yeməyin Avropa bazarının ümumi dəyəri 3,5 milyard avrodur. Bununla bağlı Almaniyanın Federal Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi Türkiyənin tələblərinə qarşı çıxır.

Ankara dönər kababının hazırlanmasında da sərt qaydalarda israr edir və deyir ki, 16 aydan yuxarı mal-qaranın ətindən istifadə edilməlidir. Tezliklə Avropa Komissiyası bu qastronomik mübahisədə kimin haqlı olduğuna qərar verməli olacaq.