Makron Kiyevə silah tədarükünün davam etdirildiyini açıqlayıb

Bölmə: Dünya › ,
Tarix: 23:19 25.09.2024

Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək, çünki bu, “uzunmüddətli perspektivdə” təhlükəsizliyin təmin olunmasına kömək edəcək. 

Fransa prezidenti Emmanuel Makron bu barədə Nyu Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında bildirib , Yelisey sarayının X sosial şəbəkəsindəki hesabında deyilir.

Onun sözlərinə görə, bütün dünyanın ortaq marağı Kiyevi öz hüquqlarına qaytarmaq, möhkəm və uzunmüddətli sülh qurmaqdır.

“Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək. Bu, ukraynalıların müqavimətini dəstəkləyəcək və onlara uzunmüddətli perspektivdə təhlükəsizliyi təmin etməyə kömək edəcək”, - Makron vurğulayıb.

Bundan əvvəl Emmanuel Makron adları qarışdıraraq, öz rəsmi Telegram kanalında öz profilində təsadüfən səhv kanala keçid göstərib. Fransa lideri Yelisey Sarayının rəsmi Telegram kanalına qoşulmaq əvəzinə səhvən onun haqqında memlərlə Rusiyanın ElyseeInfos kanalını reklam edib.