Putin: “Nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
Bölmə: Dünya › ,Tarix: 23:44 25.09.2024
Rusiya prezidenti Vladimir Putin qeyri-nüvə dövlətinin başqa bir dövlətin dəstəyi ilə Rusiyaya hücumunu birgə hücum kimi qiymətləndirəcəklərini bəyan edib.
Putin: “Nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq” dedi.
Putin Təhlükəsizlik Şurasının üzvləri ilə “nüvədən çəkindirmə” mövzusunda iclas keçirib. Putin bəyan edib ki, “nüvədən çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarının yenilənməsi” gündəmdədir.
Bunun hərbi doktrinanın və Rusiyanın nüvə strategiyasının rəsmi şəkildə müəyyən edildiyi və təfərrüatlı şəkildə ifadə edildiyi bir sənəd olduğuna diqqət çəkən Putin, bu sənədlə nüvə silahının istifadəsinin əsas prinsipinin müəyyən edildiyini bildirib. Putin nüvə enerjisindən istifadənin ölkənin suverenliyini qorumaq üçün “son çarə” olduğunu vurğulayıb.
Putin, “Vurğulamaq istərdim ki, biz bu cür məsələlərə hər zaman böyük məsuliyyətlə yanaşırıq, biz bu silahların nəhəng gücə malik olduğunu dərk edərək, qlobal sabitlik üçün beynəlxalq hüquqi bazanı gücləndirməyə, nüvə silahlarının və onların yayılmasının qarşısını almağa çalışmışıq" dedi.
Putin, "Xüsusən diqqətinizi çəkmək istərdim. Sənədin yenilənmiş variantında təklif olunur ki, qeyri-nüvə dövlətinin Rusiyaya qarşı, l nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə istənilən hücumu Rusiya Federasiyasına qarşı birgə hücum kimi nəzərə alinacaq” dedi.
Mənbə: Haber 7
Zəhra Məmmədova