Netanyahunun BMT-dəki çıxışından sonra Beyrutda partlayış!
Bölmə: Dünya › ,Tarix: 22:17 27.09.2024
İsrailin baş naziri Netanyahunun BMT-dəki çıxışından dərhal sonra Livanın paytaxtı Beyrutda çoxlu partlayış səsləri eşidilib.
Paytaxt Beyrutun cənub bölgəsində 10-a yaxın partlayışdan sonra tüstü qalxıb.
Partlayışlar Netanyahunun BMT Baş Assambleyasında çıxışından sonra baş verib.
Livanın rəsmi agentliyi olan NNA-da yer alan xəbərdə Beyrutun cənubundakı Dahiye bölgəsindəki Hureyk bölgəsinin bir sıra hava hücumları ilə hədəf alındığı bildirilib.
Açıqlamada, İsrail döyüş təyyarələrinin Dahiyə bölgəsini bombardman dairəsi ilə mühasirəyə aldığı, Dahiyə bölgəsində Burj əl-Baracine və hava limanı yolundan Hureky rayonuna qədər bir çox binanın bombalandığı bildirilib.
Dahiyə bölgəsinə çoxlu təcili yardım və mülki müdafiə qrupu sövq edilib.
İsrail Ordusunun sözçüsü Daniel Həcəri döyüş təyyarələrinin Beyrutun cənubundakı Dahiye bölgəsindəki Hizbullahın əsas qərargahını hədəf aldığını açıqlayıb.
Hizbullahın qərargahını mülki binaların altında gizlətdiyini iddia edən Həcəri hədəf aldıqları adla bağlı məlumat paylaşmayıb.
İsrail mətbuatı İsrail ordusunun Beyrutdakı bombardmanda Hizbullahın baş katibi Həsən Nəsrullahı hədəf aldığını iddia edib.
İsrailin "Yediot Ahranot" qəzeti Netanyahunun Beyrut hücumu zamanı BMT-də mətbuat konfransı keçirdiyini və hərbi müşaviri ona yaxınlaşdıqdan sonra mətbuat konfransını sürətlə tərk etdiyini yazıb.
Zəhra Məmmədova