Hizbullahdan Haşim Seyfəddinin açıqlaması
Bölmə: Dünya › ,Tarix: 12:08 30.09.2024
Hizbullah hərəkatın icra şurasının rəhbəri Haşim Seyfəddinin İsrailin hücumunda öldürülən baş katibi Həsən Nəsrullahın yerinə seçildiyi barədə xəbərləri təkzib edib.
Hizbullahın yazılı şərhində, bəzi mətbuat və media orqanlarında hərəkatın baş katibliyi ilə bağlı xəbərlərin heç bir əhəmiyyət kəsb etmədiyi bildirilib.
Bəyanatda deyilir: “Baş katibimiz (Nəsrullah) şəhadətindən sonra aydınlaşdırmaq istərdik ki, bəzi KİV-lərdə prezidentin rəhbərliyi ilə aparılan təşkilati prosedurlarla bağlı yayılan xəbərlər tamamilə yersizdir”.
Açıqlamada hərəkat rəhbərliyinin bu məsələ ilə bağlı işlərini davam etdirdiyi diqqətə çatdırılıb və “Hizbullah rəhbərliyindən rəsmi açıqlama verilməyincə bu istiqamətdə xəbərlərin nəzərə alınmaması” çağırışı edilib.
Mənbə: TRT Haber
Fidan Fərhadlı