Netanyahu İrana hücumdan sonra təhlükəsizlik rəsmiləri ilə “məsləhətləşmə görüşü” keçirib
Bölmə: Dünya › ,Tarix: 18:30 02.10.2024
İranın ötən gecə İsrailə yüzlərlə raket zərbəsi endirməsindən sonra İsrailin baş naziri Netanyahunun Tel-Əvivdə yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə “məsləhətləşmə görüşü” keçirdiyi bildirilib.
Baş nazirlik Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, "məsləhətləşmə görüşü"nün Tel-Əvivdə keçirildiyi bildirilib.
Açıqlama ilə paylaşılan fotoda müdafiə naziri Yoav Gallant, Baş Qərargah rəisi Herzi Halevi, xarici kəşfiyyat agentliyi Mossad direktoru David Barnea və daxili kəşfiyyat təşkilatı Şin-Bet (Şabak) rəhbəri Ronen Barın da iclasda iştirak etdiyi görülüb.
Netanyahunun sədrliyi ilə keçirilən toplantının İsrail rəhbərliyinin İranın həyata keçirdiyi raket hücumuna cavab verəcəyi ilə bağlı açıqlamalarından sonra keçirilməsi diqqət çəkib.
İran İnqilab Keşikçiləri Korpusu oktyabrın 1-də İsrailə onlarla ballistik raketlə hücum etdiyini açıqlayıb.
Raketlər buraxıldıqdan sonra bütün ölkədə, xüsusən də Tel-Əvivdə sirenlər səslənib.
İsrailin baş naziri Binyamin Netanyahu verdiyi video açıqlamada İranın raket hücumu ilə "böyük səhv etdiyini və əvəzini ödəyəcəyini" deyib.
Mənbə: Habertürk
Elnurə Kərimova