İsrail Baş Qərargah rəisi Halevi: Biz Yaxın Şərqin istənilən yerinə zərbə endirə bilərik

Bölmə: Dünya › ,
Tarix: 22:03 02.10.2024

İsrail rəsmiləri bir neçə gün ərzində İranın həyata keçirdiyi raket hücumuna "böyük cavab" alacaqlarını bildiriblər.

Rəsmilər bildiriblər ki, İrandakı neft hasilatı obyektləri hədəfə alına bilər. İsrail Baş Qərargah rəisi Herzi Halevi də “İsrail Yaxın Şərqin istənilən yerinə zərbə endirə bilər” deyib.
İranın İsrailə raket hücumunun əks-sədaları davam edir.

İsrail rəsmiləri bu gün verdikləri yeni bəyanatda İrana qarşı mümkün cavab tədbirləri barədə məlumat veriblər.

Amerikanın Axios agentliyində yer alan xəbərə görə, rəsmilər İranın dünən başlatdığı raket hücumuna bir neçə gün ərzində "böyük cavab" verəcəklərini bildiriblər.
Xəbərdə deyilirdi ki, cavab tədbirləri İrandakı neft hasilatı obyektlərini hədəfə ala bilər.

İsrailin Baş Qərargah rəisi Herzi Halevi daha sonra İrana qarşılıq veriləcəyini bəyan edib. Halevi, “İsrail Yaxın Şərqin istənilən yerinə zərbə vura bilər” deyib.

Raket hücumlarından sonra İsrailin baş naziri Benyamin Netanyahu "İranın böyük səhv etdiyini" iddia edərək, "Bunun əvəzini ödəyəcək" deyib.

İran İnqilab Keşikçiləri, hücumun İsrailin HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və İran generalı Abbas Nilfuraşanın öldürüldüyü hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib.

İnqilab Keşikçiləri Ordusu xəbərdarlıq edib ki, İsrail bu hücuma hərbi cavab verərsə, “dağıdıcı cavab” alacaq.

Mənbə: NTV Haber
Elnurə Kərimova