Kreml Talibanın terrorçular siyahısından çıxarılması istiqamətində görülən işlərdən danışıb

Bölmə: Dünya › ,
Tarix: 20:22 07.10.2024

Əfqan islamçı hərəkatı Taliban (Rusiyada qadağan edilmiş terror təşkilatı) tezliklə Rusiyada terrorçular siyahısından çıxarılacaq. 

"İnformator.az" RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Bəli, bu kontekstdə işlər aparılır. Mən belə hesab edirəm”, o, jurnalistlərin yaxın gələcəkdə Talibanın terror təşkilatları siyahısından çıxarılıb-çıxarmayacağı ilə bağlı sualını cavablandırıb.

Bundan əvvəl Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib ki, “Taliban” hərəkatının terrorçular siyahısından çıxarılmasına dair qərar ən yüksək səviyyədə qəbul edilib. O qeyd edib ki, bu yaxınlarda açıqlanacaq.

MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının (SORB) sədri Aleksandr Bortnikov da Rusiya Federasiyasında qadağan olunmuş “Taliban” hərəkatının tezliklə terror təşkilatları siyahısından çıxarılmasından danışıb . Onun sözlərinə görə, Rusiya bu məsələyə baxılmasını başa çatdırır.