Hizbullahın mümkün lideri ilə bağlı İsraildən açıqlama: Safiyəddinin ölümünü təsdiq edə bilmədik

Bölmə: Dünya › ,
Tarix: 22:45 07.10.2024

Livana zərbələri davam etdirən İsrail ordusu oktyabrın 3-də həyata keçirilən hava hücumunda Hizbullah İcraiyyə Şurasının sədri Haşim Safiyuddini hədəf aldığını iddia edib.

Livan təhlükəsizlik mənbələri Safiyuddin ilə əlaqənin mümkün olmadığını bildirsə də, İsrail Hizbullahın potensial liderinin ölümünü təsdiq edə bilməyəcəyini açıqlayıb.

İsrail oktyabrın 3-nə keçən gecə Beyrutun cənubuna endirilən hava hücumunda hədəf alındığını iddia etdiyi Hizbullah İcraiyyə Şurasının sədri Haşim Safiyuddinin ölümünü hələlik təsdiqləyə bilmədiyini açıqlayıb.
İsrail hökumətinin sözçüsü David Mencer onlayn brifinq iclasında ölkəsinin Livana hücumları ilə bağlı açıqlama verib.

Mencer “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın mümkün varisi Haşim Səfiyuddinin ölümünü təsdiq edəcək məlumata malik olmadıqlarını vurğulayaraq, təsdiqləndiyi təqdirdə İsrail ordusunun internet saytında paylaşılacağını bildirib.

Həsən Nəsrullah sentyabrın 27-də Beyrutun cənubundakı Dahiye rayonunda İsrailin hava zərbələri nəticəsində öldürülüb.

Hizbullah Nəsrullahı əvəz edəcək şəxsi hələ müəyyənləşdirməsə də, baş katib üçün Safiyuddinin adı önə çıxır.

2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən indiyədək 104-ü uşaq və 194-ü qadın olmaqla 2083 nəfər dünyasını dəyişib.

Mənbə: Habertürk
Elnurə Kərimova