QHT nümayəndələri Sinoway Forest Technology Co-nun rəsmisi ilə görüşüblər

Bölmə: Sosial › ,
Tarix: 13:42 13.11.2024

Qarabağın Tərəqqisi Naminə İctimai birliyinin tərkibində qurulan Tech Karabakh və Yaşıl Dialoq platformasından Urfan Sərkərov və Şəbnəm Səfərova Çinin məşhur şirkəti olan Sinoway Forest Technology Co-nun beynəlxalq direktoru Şon Çenq ilə məhsuldar müzakirələr aparıblar.

Müzakirə zamanı gələcək əməkdaşlıq, startaplara dəstək, Azərbaycanın kənd təsərrüfatı məhsullarının təbliği və investisiya imkanlarının araşdırılmasına yönəldilib.

Həmçinin dayanıqlı inkişafa diqqət yetirməklə Azərbaycanda Texnologiyanın Transformasiyası modelinin tətbiqini müzakirə edilib.