“Dərhal piştaxtalardan yığışdırılmalıdır”

Tarix: 21:46 27.02.2025
Süd istehsalçıları az yağlı südün bazarda satışına qarşı çıxıblar. Türkiyə Süd İstehsalçıları Mərkəz Birliyinin sədr müavini Cihat Şimşək noyabr ayından bəri piştaxtalara qoyulan 0,1% yağlı südə reaksiya verib. Yüzdə bir yağlı südün insan sağlamlığına zərərli olduğunu iddia edən Şimşək, "Bu süddən pendir, qatıq edə bilməzsiniz, içində yağ yoxdur",- dedi.
Sözügedən südün daha ucuz olduğunu vurğulayan Şimşək, "Keyfiyyətsiz, su kimi olan, suvarmada istifadə olunacaq rəngi südə bənzəyən bu məhsulun rəflərdən çıxarılmasını tələb edirik",-dedi.
Süd istehsalçıları həmçinin bir neçə dəfə saxtakarlıq edən və fırıldaq edən şirkətlər siyahısına daxil edilən şirkətlərin bağlanmasını tələb ediblər.
Mənbə:NTV haber
Asiman Vəliyeva