Qadın və kişi dostluğu mümkündürmü?

Tarix: 22:02 07.03.2025
Qadın və kişi dostluğu uzun illərdir müzakirə olunan və cəmiyyətin müxtəlif baxış bucaqlarından yanaşdığı bir mövzudur. Bəzi insanlar bunun tamamilə mümkün olduğunu iddia edərkən, digərləri qadın və kişi arasında sırf dostluq münasibətinin uzunmüddətli ola bilməyəcəyini düşünür.
Psixoloq Samirə Bağırova "informator.az"a açıqlamasında bildirib ki, qadın və kişi arasında kolleqallıq, iş əməkdaşlığı, fikir birliyi, təhsil yoldaşlığı və s. mümkündür:
“Qadın və kişi dostluğu mümkün deyil. Çünki dostluq məhz simpatiya üzərindən başlayır. Əgər iki əks cinsdən olan insan dostcasına söhbətlərini, sirrlərini, həyatlarını paylaşırsa, ortada mütləq bir həyəcan olur. Belə bir münasibət ya tərəflərdən birinin qarşıdakı insana şüuraltı simpatiyası əsasında formalaşır, ya da hər iki şəxsdə və ya kişi cinsində cinsi oriyentasiya fərqliliyi varsa, bu halda dostluq mümkün ola bilər”.
Psixoloq əlavə edib ki, cəmiyyət, xüsusilə də gənc nəsil, bu mövzuya fərqli yanaşa bilər. Müasirlik adı altında bəzi dostluqlar yarana bilər:
“İnsanlar tanışlarına, kolleqalarına, iş yoldaşlarına da 'dostum' deyirlər. İnsanların geyim tərzi, düşüncə tərzi, davranış və danışıq üslubu dəyişə bilər. Amma kişiyə və qadına təbiətin bəxş etdiyi, bir-birinə duyduqları daxili instinktlər var ki, bu, dostluq anlayışına ziddir. Hər iki tərəfin həyatında sevgi və ya ailə münasibətləri ola bilər. Amma şəxsi həyatına dair müəyyən məsələləri əks cinsdən olan birisi ilə "dostumdur" deyərək paylaşırsa, bu münasibətdə dostluqdan daha çox bir bağlılıq mövcuddur. Dostluq adlanan bu münasibətdə xoşlanmaq, güvənmək, qarşı tərəfin fikrinə ehtiyac duymaq, diqqət göstərmək, yumorlarına gülmək, yardım etmək kimi məqamlar var. Bunlar isə şüuraltı sevgiyə işarədir”.
Bənövşə Zahidli

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.