“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB qrant müsabiqəsinin qalibi olub

Tarix: 20:30 09.03.2025
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin “Qərbi Azərbaycanlıların Qars köçü” adlı layihəsi Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin növbəti qrant müsabiqəsinin qalibi olub.
Layihənin məqsədi Qərbi Azərbaycanlıların erməni qəsbkarlarının əlindən qaçaraq Türkiyənin Qars əyalətinə köç etmələrinin baş vermə səbəbini, tarixi köklərini araşdırmaqdır. Qarsın özündə aparılacaq sorğular mövzunun daha dərindən anlaşılmasına və yeni perspektivlərin ortaya çıxmasına şərait yaradacaq.
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin sədri Bəsti Nəsibovanın verdiyi məlumata əsasən, layihə çərçivəsində konkret olaraq Türkiyənin Qars şəhərində müzakirələr ediləcək, orda məskunlaşan Qərbi Azərbaycanlıların statistikası aparılacaq, onların xatirələri və şahidi olduqları hadisələr sənədləşdiriləcək. Filmin əsas fokusu həm milli yaddaşı qorumaq, həm də beynəlxalq səviyyədə məlumatlılığı artırmağa hədəflənib. Bundan əlavə, ictimai məlumatlandırma kampaniyaları həyata keçiriləcək və mövzuya beynəlxalq diqqətin artırılması istiqamətində addımlar atılacaq.
2013-cü ildən fəaliyyət göstərən “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB sosial, ictimai, milli-mənəvi dəyərlər, sosial media və digər bu kimi mövzularda 20-dən çox layihə həyata keçirib.

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 19.07.2025-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Saatlı rayonun ucqar kəndlərini (Varxankənd və Qaralar) əhatə edən “Kənd sağlamlığı günləri” adlı seminar keçirib.