"Alanyaspor" ayrıldığını rəsmən açıqlayıb

Tarix: 17:30 20.03.2025
Superliqa komandalarından olan "Alanyaspor"da baş məşqçi Sami Uğurlunun səlahiyyət müddəti başa çatıb. Liqada əldə etdiyi zəif nəticələrlə aşağı liqa xəttinə yaxınlaşan narıncı-yaşıllı komandanın rəhbərliyi Sami Uğurlu ilə yollarını ayırdıqlarını açıqlayıb.
Sami Uğurlunun rəhbərliyi altında 16 Super Liqa matçına çıxan “Alanyaspor” bu görüşlərdə 6 qələbə, 3 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb. Alanyalılar bu müddətdə 22 qol vurub, 26 top buraxıb. Aralıq dənizi komandası 31 xalla aşağı liqa xəttinə yaxınlaşıb. "Alanyaspor"dan verilən açıqlamada "Sami Uğurluya təşəkkür edirik. Baş məşqçimiz Sami Uğurlu ilə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Cənab prezidentimiz Həsən Çavuşoğlu klubumuza xidmətlərinə görə hörmətli Uğurluya təşəkkür edib və plaket təqdim edib. Hörmətli Uğurluya və komandasına klubumuza göstərdikləri xidmətlərə görə təşəkkürümüzü bildiririk və onlara uğurlar arzulayırıq".
"Alanyaspor" rəhbərliyinin qısa müddət ərzində yeni məşqçi ilə bağlı qərar verəcəyi gözlənilir. Mövsümə baş məşqçi Fatih Tekke ilə başlayan "Alanyaspor" pis nəticələrdən sonra gənc çalışdırıcı ilə yollarını ayırıb və onun yerinə Sami Uğurlunu keçirib.
TRT SPOR
Güllər Gülhüseynova