Bələvi Türbəsi -Tarixi Abidə

Tarix: 23:31 21.03.2025
İzmirin Səlcuq mahalı yaxınlığında yerləşən Bələvi bölgəsində eramızdan əvvəl 301-ci ildə tikilmiş böyük bir türbə var. Bu abidə Anıtkabir kimi də tanınır.
Makedoniyalı İskəndərin sərkərdələrindən biri olan və paytaxtı Efes olan böyük bir dövlətin əsasını qoyan Kral Lisimak üçün Bələvi məqbərəsi tikildi. Lakin eramızdan əvvəl 281-ci ildə Selevkilərlə müharibə zamanı həlak olan Lisimak Bələvi məqbərəsində dəfn edilə bilməyib və döyüş meydanında torpağa tapşırılıb. Müharibədən sonra bölgə tamamilə Selevkilər imperiyasının nəzarətinə keçdi.
Uzun müddət boş qalan Bələvi məqbərəsi Selevkilər hökmdarı II Antiox Theos, öz istifadəsi üçün bərpa edib.Eramızdan əvvəl 246-cı ildə 40 yaşında vəfat edən II Antiox Theos Efesdəki Bələvi Mavzoleyində dəfn edilib.
Halikarnas Məqbərəsindən ilham alınaraq inşa edilən Bələvi Mavzoleyi böyük qaya üzərində qurulub və hündürlüyü 10 metrdir. Qaya içərisinə oyulmuş qəbir kamerasından çıxarılan sarkofaq hazırda Səlcuq Muzeyində sərgilənir. Məqbərənin divarlarını bəzəyən, müxtəlif müharibələri və mifoloji hadisələri əks etdirən freskalar İzmir Arxeologiya Muzeyində nümayiş etdirilir.
Mənbə: antiktarih
Türkan Kərimli
İstanbul sakinlərinin şəxsi məlumatlarının ələ keçirildiyini göstərən səs yazısı əldə edilib
İstanbul sakinlərinin şəxsi məlumatlarının ələ keçirildiyini göstərən səs yazısı əldə edilib