Mourinhonun seçimi: En-Nesyri-Talisca

Bölmə: İdman › ,
Tarix: 22:25 26.03.2025

“Fenerbahçe” “Sipay Bodrum” Futbol Klubu matçına hazırlıqlarını davam etdirir. Baş məşqçi Jose Mourinho kritik oyunda meydana çıxaracağı 11-i formalaşdırmağa başlayıb.

 

“Fenerbahçe” diqqətini “Trendyol Süper Lig”in 29-cu həftəsində oynayacağı “Sipay Bodrum” Futbol Klubunun matçına yönəldib. Sarı-lacivərdlilər qalib gələrək zirvə yarışını itkisiz davam etdirməyi hədəfləyir.
Portuqaliyalı mütəxəssisin qapıda İrfan Can Eğribayata şans verməyi düşündüyü bildirilir.
Üçlü müdafiə xəttinin Yusuf Akçiçek, Skriniar və Mert Müldürdən ibarət olması gözlənilir.
Yarımmüdafiədə isə Amrabat, Szymanski və Dusan Tadic üçlüsü yer alacaq. Sağ cinahda Oğuz Aydın, sol cinahda isə Filip Kostic kritik matça start heyətində başlayacaq.
Təcrübəli mütəxəssis hücum xəttində isə Youssef En-Nesyri və Anderson Talisca ikilisinə forma verəcək.
Mourinho “Samsunspor” matçından sonra “Bodrum FK” səfərində də Anderson Talisca-nı əsas heyətdə meydana buraxacaq.
Braziliyalı oyunçu milli matçda burnu qırılan Edin Dzekonun yerinə “Bodrum FK” qarşısında En-Nesyri ilə birlikdə “Fenerbahçe”nin əsas qol silahı olacaq.

 

Mənbə: TRT Haber
Nigar Həsənzadə