Tramp Fələstin tərəfdarı olan tələbələrə təzyiqi artırır

Tarix: 21:32 29.03.2025
2023-cü il oktyabrın 7-dən ABŞ-da universitet tələbələri Fələstinə dəstək nümayişləri təşkil edərkən, polis bu etirazlara sərt şəkildə müdaxilə edib. Tramp administrasiyasının vəzifəyə başlaması ilə nümayişlərə qatılan əcnəbi tələbələrin deportasiya prosesi sürətlənib.
Tramp administrasiyası İsrailə qeyd-şərtsiz dəstək verəcəyini vurğulasa da, Fələstinə dəstək nümayişlərini “anti-semitik hərəkətlər” kimi qiymətləndirir. Bu münasibət tələbə etirazlarına təzyiqi artırır və immiqrant tələbələrin ABŞ-dan deportasiyasına səbəb olur.
TRT HABER
Səftərova Səmayə