Niyə Qəzzada HƏMAS-a qarşı etirazlar keçirilib?

Tarix: 21:49 29.03.2025
Qəzzada HƏMAS-a qarşı etiraz aksiyaları keçirilib: "Müharibəyə son" etirazı(pankartı) qaldırılıb.
Qəzzada yüzlərlə insan HƏMAS-İsrail müharibəsinin sona çatmasını və HƏMAS-ın hakimiyyətdən getməsini tələb edərək küçələrə çıxıb.
Bu həftə Qəzzanın şimalındakı Beyt Lahiyada keçirilən aksiyalar, 2023-cü ilin oktyabrında İsrail müharibəsi başlayandan bəri bölgədə baş verən ən böyük etirazlar olub.
Əksəriyyəti HƏMAS əleyhdarı aktivistlərin sosial mediada paylaşdığı videolarda gənc kişilərin "Çölə, çölə, çölə, HƏMAS çölə!" şüarları səsləndirdiyi görünür.
Etirazlar İsrailin təxminən iki ay davam edən atəşkəsdən sonra Qəzzadakı hərbi əməliyyatlarını yenidən başlaması fonunda baş qaldırıb.
İsrailin 18 martda hava hücumları ilə yenidən başladığı hərbi əməliyyat nəticəsində yüzlərlə fələstinli həyatını itirib, minlərlə insan isə evlərindən didərgin düşüb.
Mənbə : BBC news Türkçe
Nigar Həsənzadə