“Bayern Münhen” də zədə şoku

Bölmə: İdman › ,
Tarix: 22:32 26.03.2025

Alman klubu “Bayern Münhen” milli futbolçuları Alphonso Davies və Dayot Upamecanonun zədələndiyini açıqladı. Klubun internet saytından edilən açıqlamaya görə, sol dizindən zədə alan Fransız müdafiəçi Upamecanonun bir neçə həftə meydanlardan uzaq qalması gözlənilir, lakin Daviesin vəziyyəti daha ciddidir.

 

Sağ dizində ön çarpaz bağ yırtığı aşkar olunan Kanadalı milli futbolçunun əməliyyat edildikdən sonra bir neçə ay meydanlardan uzaq qalması gözlənilir.
Milli komanda görüşləri arasının həmişə zədə riski daşıdığına diqqət çəkən “Bayern Münhen”nin İdman Direktoru Max Eberl: "Təəssüf ki, oyunçuların milli komandadan zədələnərək dönməsi riski hər zaman var, bu dəfə xüsusilə bizi çox təsirləndirdi. Alphonso Davies və Dayot Upamecanonun yoxluğu Bayern üçün ağır bir zərbədir” , - deyib.
2021-ci ilin iyul ayında “Leipzig”dən “Bayern Münhen”ə transfer olunan Upamecano burada iki Bundesliga və iki Almaniya Superkuboku çempionluğu qazandı.
2019-ci ilin yanvar ayında “Vancouver”dan “Bayern “Münhen”ə qatılan Davies isə biri Çempionlar Liqası və beşi Bundesliga çempionluğu olmaqla 13 kubok qazandı.

 

 

Mənbə: TRT Haber
Nigar Həsənzadə