Ceyhun Kazancı istefa verdi!

Bölmə: İdman › ,
Tarix: 22:48 26.03.2025

TFF Başçı Vəkili Ceyhun Kazancı, “Beşiktaş - Galatasaray” derbisinə xarici hakim təyin edilməməsi səbəbindən istefa qərarı aldı.

 

“Galatasaray-Fenerbahçe” matçında Slavko Vincic-in fit çalmasından sonra “Beşiktaş” tərəfi derbilərdə xarici hakim təyinatı istəyib.


Kazancı, verdiyi yazılı açıqlamada deyib:

"18 iyul 2024-cü ildə Türkiyə Futbol Federasiyası Başçı Vəkili, İcra Qrupu Üzvü, Milli Komandalar, FIFA və UEFA Əlaqələrindən Məsul İdarə Heyəti Üzvü olaraq başladığım vəzifəmdən, gördüyüm zərurət səbəbi ilə istefa edirəm. Bu ayrılığın hər iki tərəfə və Türk futboluna faydalı olmasını diləyirəm. Vəzifə müddətim ərzində yanımda olan, dəstək verən hər kəsə sonsuz təşəkkür edirəm”.

 

Mənbə: TRT Haber
Nigar Həsənzadə