Qadın A Milli Komandasının Sloveniya heyəti açıqlanıb

Tarix: 23:01 26.03.2025
UEFA Millətlər B Liqası 2-ci qrupda mübarizə aparan Türkiyə Qadın A Milli Futbol Komandasının Sloveniya ilə keçiriləcək oyunlar üçün heyəti bəlli olub.
Türkiyə Futbol Federasiyasının verdiyi məlumata görə, baş məşqçi Necla Güngör Kıragasının rəhbərlik etdiyi ay-ulduzluların heyətinə aşağıdakı futbolçular daxil edilib:
"Ankara Böyükşehir Belediyyesi Fomget G.S.K": Selda Akgöz, Gülbin Hız, Başak İçinözbebek
“BeşiktaşJK United Payment Qadın Futbol Komandası”: Ezgi Çağlar, Didem Karagenç, Kezban Tağ, İlayda Civelek, Ece Tekmen, Meryem Cennet Çal, Elif Keskin
“Galatasaray”: Gamze Nur Yaman, Eda Karataş, Ebru Topçu, Arzu Karabulut
“Club Brugge”: Sejde Aylin Abrahamsson
“Fenerbahçe Petrol Ofisi Qadın Futbol Komandası”: Yaşam Göksu, Ümran Özev, Ece Türkoğlu, Busem Şeker
“Borussia Mönchengladbach”: Miray Cin
“Fatih Vatan Spor”: Melike Öztürk
“Beylerbeyi Spor Kulübü”: Kader Hançar
“SKN Pölten”: Melike Pekel
“Sporting Club de Huelva”: Birgül Sadıkoğlu
Milli komanda 29 mart şənbə günü İstanbulda bir araya gələcək və həmin axşam Atatürk Olimpiya Stadionunda ilk məşqini edəcək. Ertəsi gün saat 17:00-da eyni stadionda ikinci məşqini keçirəcək. 31 mart bazar ertəsi, 1 aprel çərşənbə axşamı və 2 aprel çərşənbə günləri Atatürk Olimpiya Stadionunda tək məşqlə hazırlığını davam etdirəcək. Komanda saat 18:00-da Türk Hava Yollarına məxsus təyyarə ilə Lyublyanaya uçacaq. Ay-ulduzlular 3 aprel cümə axşamı günü yerli vaxtla 15:30-da rəsmi məşqini edəcək və 4 aprel tarixində Bakı vaxtı ilə saat 17:30-da Sloveniya ilə qarşılaşacaq. 7 aprel tarixində baş məşqçi Necla Güngör Kıragası və bir milli oyunçu saat 17:30-da mətbuat konfransı keçirəcək. Konfransdan sonra saat 18:00-da Sivas 4 Eylül Stadionunda rəsmi məşqini tamamlayaraq oyun saatını gözləyəcək.
A Milli Qadın Futbol Komandası 8 aprel çərşənbə axşamı saat 19:00-da Sivas 4 Eylül Stadionunda Sloveniya ilə qarşılaşacaq və ertəsi gün düşərgəni başa vuracaq.
Mənbə: TRT Haber
Nigar Həsənzadə