Yuki Tsunoda Red Bull komandasına keçib

Tarix: 16:11 27.03.2025
Formula 1-də yapon pilot Yuki Tsunoda, mövsümün qalan hissəsində Red Bull komandasında yarışacaq. Komandanın rəsmi açıqlamasına görə, Racing Bulls komandasında çıxış edən Tsunoda, Red Bull heyətində Liam Lawsonu əvəzləyib.
Mövsümün ilk iki yarışında gözləntiləri qarşılamayan Lawson, Racing Bulls komandasına geri dönəcək. Bu dəyişikliklə Yuki Tsunoda, öz evində – Yaponiya Qran Prisində dördqat dünya çempionu Max Verstappen ilə komanda yoldaşı olacaq.
Red Bull-un bu qərarı komandanın performansını artırmaq və çempionluq yarışında güclü mövqe tutmaq məqsədilə verdiyi bildirilir. Tsunoda-nın Red Bull ilə debütü 6 aprel tarixində baş tutacaq Yaponiya Qran Prisində olacaq.
TRT SPOR
Gülhüseynova Güllər