CHP Millət vəkili Özer haqqında istintaq

Bölmə: Dünya › ,
Tarix: 17:18 27.03.2025

Əkrəm İmamoğlunun həbs olunduğu istintaqla bağlı sosial şəbəkədə paylaşım edən CHP-nin millət vəkili Turan Taşkın Özer barəsində İstanbul Respublika Baş Prokurorluğu vəzifəli şəkildə istintaq başladıb.

 

Özer bəzi şahidlərin yalan ifadə verməyə məcbur edildiyini iddia edib. CHP-nin Ərzincan millət vəkili Turan Taşkın Özer sosial media hesabında Əkrəm İmamoğluna qarşı aparılan korrupsiya istintaqı ilə bağlı paylaşımlar edib.

 

Özer dosyedəki bəzi şahidlərin yalan ifadə verməyə məcbur edildiyini, saxta şahidlərin axtarıldığını və şahidlərin təhdid edildiyini iddia edib.

 

İstanbul Respublika Prokurorluğu Turan Taşkın Özer haqqında “ictimaiyyəti çaşdıran məlumat yaymaq” və “məhkəmə orqanlarını açıq şəkildə təhqir etmək” cinayətləri ilə bağlı vəzifəli şəkildə istintaq başladıb.

 

Mənbə: TRT Haber

Çimnaz Telmanqızı