Bəzi qurum və təşkilatlarda dəyişikliklər edilib

Bölmə: Dünya › ,
Tarix: 18:32 27.03.2025

“Nazirliklərə, digər qurum və təşkilatlara tabe, aidiyyəti, tabeliyində olan qurum və təşkilatların təşkili haqqında”  Prezidentin fərmanında dəyişiklik edilməsi barədə Prezidentin Fərmanı “Rəsmi qəzet”də dərc olunub.

 

Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı 182 saylı Prezident Fərmanı ilə Statistika Şurasının üzvlük strukturu yenidən təşkil edilib.

 

Şura, prezidentin sədrliyi ilə hər bir nazirliyi təmsil edən baş direktor səviyyəsində ən azı bir üzv olmaqla, bir çox qurumların nümayəndələrini daxil etmək üçün dəyişdirildi.

 

Vəqflər Baş İdarəsinin təşkilatçılığı ilə “İnvestisiyalar və Daşınmaz Əmlak İdarəsi”nin adı dəyişdirilərək “Daşınmaz Əmlak İdarəsi” olaraq dəyişdirildi, eyni zamanda 3 yeni şöbə: Layihə və Tikinti İdarəsi, Vəqf Təhsili İdarəsi və İnformasiya Emalı Departamenti yaradıldı.

 

Türkiyə Əlyazmalar Qurumunun Rəyasət Heyətinin nəzdində “Əlyazmalar şöbəsi” yaradıldı. Sərəncamla müəyyən edilmiş sədrliklərin vəzifələri ətraflı şəkildə açıqlanıb.

 

Bu tənzimləmələrlə əlaqədar fərmanın əlavəsində dərc olunmuş cədvəllərdə yeni vəzifələr yaradılıb.

 

Mənbə: TRT Haber

Məhərrəmli Xədicə