Mahir Polatın səhhəti ilə bağlı vəkilinin açıqlaması

Tarix: 20:02 30.03.2025
İBB baş katibinin müavini Mahir Polatın vəkili Erkam Erdem, Polatın səhhəti ilə bağlı açıqlama verib. Vəkil Erdem, Mahir Polatın gün ərzində angioqrafiya aparılacağını, yuxu apnesi və klaustrofobiya səbəbi ilə təzyiq problemi yaşadığını bildirib.
İBB istintaqı çərçivəsində həbs edilən İBB baş katibinin müavini Mahir Polat Mərmərə Qapalı Cəzaçəkmə Müəssisəsində xəstələnərək Küçükçekmecedəki Mehmet Akif Ersoy Sinə və Ürək Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Daxili Qoşunlar və polis qrupları vasitəsilə təcili yardımla xəstəxanaya gətirilən Mahir Polata həkimlər tibbi yardım göstəriliblər. Əldə edilən məlumata görə, təzyiqi yüksək olduğu üçün müşahidə altında saxlanılan Mahir Polatın həkimlər vasitəsilə aparılan yoxlamalardan sonra angioqrafiyadan keçəcəyi öyrənilib.
Mənbə: CNN Türk
Çimnaz Telmanqızı