Küçə terroru, soyğunçuluğu gizlətmək cəhdi-Prezident Ərdoğan

Bölmə: Dünya › ,
Tarix: 19:56 30.03.2025

Prezident Rəcəb Tayyib Ərdoğan, "Bələdiyyələri ahtapot kimi əhatə edən cinayət təşkilatı ifşa olunacaq. Küçə terroru soyğunçuluğu gizlətmək cəhdidir" deyib.

 

Prezident Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə AK Partiya təşkilatlarına video müraciət göndərib. Prezident Ərdoğanın mesajlarında diqqət çəkən məqamlar belədir:

 

“Biz həm humanitar yardım fəaliyyətimiz, həm diplomatik təşəbbüslərimiz, həm də kampaniyalarımızla məzlum fələstinlilərin yanındayıq. Suriya xalqı möhtəşəm bir zəfərə imza atdı. Suriyanın ərazi bütövlüyünün qorunması öncəliyimizdir. “Terrorsuz Türkiyə” hədəfləyirik”.



Mənbə:TRT Haber
Aysel Mirzəyeva