İBB-yə qarşı aparılan istintaqlarla bağlı aksiyalarda 1879 şübhəli saxlanılıb

Tarix: 20:12 27.03.2025
Nazir Yerlikaya Ankarada keçirdiyi mətbuat konfransında 19 martdan etibarən keçirilən qanunsuz aksiyalarda indiyədək 1879 şübhəlinin saxlanıldığını bildirib.
Hal-hazırda 662 şübhəlinin hələ də nəzarət altında olduğunu bildirən Yerlikaya bunları qeyd edib:
“Ədalət küçədə deyil, məhkəmə zallarında təcəlli edir. Küçəyə çıxmaqla heç kim təmizlənə bilməz. Hüququ küçə aksiyaları ilə boğmağa çalışmaq, ədaləti linç kampaniyaları ilə susdurmağa cəhd etmək heç kimə fayda verməz. Heç bir təbliğat kampaniyası, heç bir küçə təxribatı həqiqətlərin üzərini örtə bilməz”.
Mənbə:TRT
Ətirə İbayeva