İsrail bayram səhəri 9 fələstinlini qətlə yetirib

Tarix: 15:03 30.03.2025
İsrailin Qəzza zolağının şimal və cənub bölgələrinə hücumları Ramazan bayramının ilk günündə də davam edib.
Səhiyyə mənbələrindən alınan məlumata görə, İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda ən azı 9 fələstinli həyatını itirib, çox sayda insan isə yaralanıb. İsrail ordusu Qəzza şəhərinin mərkəzində, şimalda Cibaliya və cənubda Xan Yunusda evləri, çadırları və mülki avtomobilləri hədəfə alıb. Hücumlarda 5-i uşaq olmaqla, 9 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.
Bundan əlavə, İsrail tankları Xan Yunusun şərqindəki Absan əl-Kəbirə bölgəsinə intensiv artilleriya atəşi açarkən, İsrail əsgərlərinin açdığı atəş nəticəsində ölən və yaralananlar var.
Qəzza şəhərində Tuffah bölgəsində 3 mülki avtomobilə hava hücumu həyata keçirilib.
İsrail hərbi helikopterləri də Qəzzanın şərqindəki Şucayyə məhəlləsinə intensiv atəşə tutulub.
Mənbə: CNN Türk
Kəmalə Vəliyeva