İsrail-Həmas arasında atəşkəs yeni danışıqlarda yenidən masaya oturdu

Bölmə: Dünya › ,
Tarix: 15:16 30.03.2025

Fələstinin HƏMAS silahlı qruplaşması 50 günlük atəşkəs müqabilində İsrailə daha 5 girovu azad edəcək vasitəçilərin təqdim etdiyi təklifdən sonra Qəzza zolağında atəşkəsin bərpasını dəstəklədiyini bildirib. 

HƏMAS-ın Qəzzadan kənardakı ən yüksək səviyyəli lideri Xəlil əl-Hayya Misir və Qətər vasitəçilərinin göndərdiyi müqavilə layihəsinin qrup tərəfindən təsdiqləndiyini bildirib. 

 

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi də planı qəbul etdiklərini və “ABŞ ilə tam koordinasiyalı şəkildə vasitəçilərə əks təklif” təqdim etdiklərini açıqlayıb. 

Razılıq əldə olunarsa, yeni məhdud atəşkəs razılaşmasının bazar günü başlayacaq Fitr bayramına təsadüf edəcəyi gözlənilir.

 


BBC News 

Asiman Vəliyeva