Makrondan Prezident Ərdoğana bayram təbriki

Tarix: 13:37 31.03.2025
Fransa Prezidenti Emmanuel Makron Prezident Rəcəb Tayyib Ərdoğanı Ramazan bayramı münasibəti ilə təbrik edib.
Prezident Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Rabitə Müdirliyindən verilən məlumata görə, Fransa Prezidenti Makron Prezident Ərdoğana zəng edərək, Ərdoğanı Ramazan bayramı münasibəti ilə təbrik edib və bayramın İslam dünyası üçün xeyirli olmasını arzulayıb.
Mənbə: TRT Haber
Kəmalə Vəliyeva