Musiqiçi Volkan Konak 58 yaşında vəfat etdi

Tarix: 14:01 31.03.2025
Səhiyyə Nazirliyinin sosial media hesablarında yayımlanan elanda, "Ətraflı açıqlama Mağusa Dövlət Xəstəxanasının baş həkimliyi tərəfindən yazılı şəkildə veriləcək" ifadələrinə yer verildi.
Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaş, Konakın vəfat xəbərinin ardından sosial media hesablarında paylaşdığı başsağlığı mesajında, "Ürəyimizi titrədən o güclü səsi, Qaradənizin asi küləyini gətirən mahnıları artıq xatirələrdə yaşayacaq. O, təkcə bir sənətçi deyildi, bu torpaqların səsi, ürəyi, dostu idi" ifadələrini işlətdi. "Kuzeyin Oğlu" (Şimalın Oğlu) ləqəbi ilə tanınan, Trabzon doğumlu Konak, İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında təhsil alıb. 1993-cü ildə yayımladığı ikinci studiya albomu "Efulim" ilə adını daha geniş auditoriyaya tanıtmağı bacaran Konak, TRT, MU-YAP və Jurnalistlər Cəmiyyəti də daxil olmaqla bir çox qurumun müxtəlif dövrlərdə mükafatlarına layiq görülüb. Nazim Hikmət, Yaşar Miraç və Sunay Akın kimi şairlərin şeirlərinə musiqi bəstələyib.
Mənbə: BBC News
Fatimə Heydərova