Türkiyə Netanyahudan təhlükəsizlik rəsmiləri ilə görüşdü-“Suriyadakı varlıq müzakirə olunacaq”

Tarix: 14:40 31.03.2025
İsrailin baş naziri Netanyahunun "Türkiyənin Suriyadakı varlığını" müzakirə edəcəyi toplantı keçirəcəyi açıqlanıb.
Netanyahu ötən həftə rəsmilərlə Suriya ilə bağlı təhlükəsizlik toplantısı keçirib və görüşdə “Türkiyənin artan nüfuzu” müzakirə edilib. İsrail mətbuatı, baş nazir Netanyahunun “Suriya ilə Türkiyə arasındakı yeni administrasiyanın yaxınlaşmasını narahatlıqla izlədiyini”,-deyib.
Suriya rəhbərliyinin, Homs vilayətinin Tedmur rayonundakı hərbi bazanı iqtisadi, hərbi və siyasi yardım alması müqabilində Türkiyə ordusuna təhvil vermək üçün Ankara ilə qabaqcıl danışıqlarda olduğu iddia edilib və Homs vilayətinin şərqində görünən “Türkiyə hərbi varlığının” İsraili ciddi şəkildə narahat etdiyi qeyd edilib.
Mənbə: CNN Türk
Çimnaz Telmanqızı