Rusiyadan atəşkəs bəyanatı-Kiyev administrasiyası şərtlərə əməl etmir!

Bölmə: Dünya › ,
Tarix: 16:09 31.03.2025

Rusiya Müdafiə Nazirliyi, Ukraynanın ABŞ ilə əldə olunan razılaşmaya baxmayaraq enerji infrastrukturlarına hücumlarını davam etdirdiyini açıqlayıb.

 

Nazirlikdən verilən yazılı açıqlamada, Ukraynanın dünən axşam saatlarında Bryanskdakı elektrik infrastruktur obyektinə artilleriya və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyi bildirilib. Açıqlamada hücumlar nəticəsində bölgənin bir hissəsində elektrik enerjisinin kəsildiyi bildirilib və bunlar qeyd edilib:

"Kiyev administrasiyasının öhdəliklərinə baxmayaraq, Ukrayna ordusu Rusiyanın enerji infrastrukturuna hücumlarını davam etdirir. Qəsdən edilən hücumlar Kiyev administrasiyasının Ukrayna məsələsinin həlli ilə bağlı öhdəliklərini yerinə yetirə bilmədiyini ortaya qoyur".

 

NƏ OLDU?

 

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında martın 18-də keçirilən görüşdən sonra Rusiya və Ukraynanın enerji infrastrukturu obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılığa gəldiyi açıqlanıb.

 

Mənbə: a haber

Nərmin Həşimova