Tramp, Zelenskinin geri addım atmağa çalışdığını iddia edib

Bölmə: Dünya › ,
Tarix: 16:50 31.03.2025

 

ABŞ Prezidenti Donald Tramp, “(Ukrayna Prezidenti Volodimir) Zelenskinin nadir torpaq elementləri anlaşmasından geri addım atmağa çalışdığını görürəm. Əgər bunu edərsə, problemə səbəb olar” ,- deyib.

 

ABŞ Prezidenti Tramp, Floridadan Vaşinqtona dönərkən təyyarədə jurnalistlərlə söhbətində Rusiya-Ukrayna gündəmini dəyərləndirib.

Tramp, Ukrayna Prezidenti Zelenskinin nadir torpaq elementləri anlaşmasından geri addım atmağa çalışdığını və bundan məmnun olmadığını vurğulayaraq bunları söyləyib:

 

“Zelenskinin nadir torpaq elementləri anlaşmasından geri addım atmağa çalışdığını görürəm. Əgər bunu edərsə, problemə səbəb olar. Böyük, çox böyük problemlər. Bu mövzuda bir anlaşma əldə etmişik və indi deyir ki, "anlaşmanı yenidən müzakirə etmək istəyirəm". NATO üzvü olmaq istəyir. Heç vaxt NATO üzvü olmayacaqdı. Buna görə də əgər anlaşmanı yenidən müzakirə etmək istəyirsə, bu, böyük bir problem deməkdir".

 

Rusiya və Ukrayna liderləri arasında “böyük bir nifrət” olduğunu gördüyünü bildirən Tramp, bununla yanaşı, hər iki liderlə də indiyə qədər yaxşı irəliləyiş əldə etdiklərini qeyd edib.

 

Rusiya Prezidenti Vladimir Putinlə münasibətinin yaxşı olduğunu bildirən Tramp, “(Putinin) sözündən dönəcəyini düşünmürəm. Onu uzun zamandır tanıyıram. Son bir-iki gündə Zelenski ilə bağlı söylədiyi bəzi şeylər məni məyus etdi. Sevsə də, sevməsə də onunla bir anlaşma bağlamalı idi. Buna görə bu sözlərindən məmnun qalmadım. Ancaq yenə də hər şeyin yaxşı olacağını düşünürəm,” ifadələrini işlədib.

 

Tramp, “Putinin atəşkəsi qəbul etməsi üçün bir son tarix varmı?” sualına isə, “Bu, psixoloji bir son tarixdir. Əgər bizi aldatdıqlarını düşünərsəm, bundan məmnun olmam, amma hazırda belə olduqlarını düşünmürəm. Məncə, bir anlaşma əldə etmək istəyir,” cavabını verib.

 

TRT XƏBƏR

Günel Verdiyeva