“Biz NATO-ya sadiqik”

Bölmə: Dünya › ,
Tarix: 18:31 03.04.2025

ABŞ dövlət katibi Marko Rubio ölkəsinin NATO-ya sadiqliyini vurğuladı və Avropa müttəfiqlərinin müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5 faizinə qədər artırmaq öhdəliyini gözlədiyini söylədi.

 

 

Rubio Brüsseldə keçirilən iki günlük NATO Xarici İşlər Nazirləri Toplantısının girişində mətbuata açıqlama verib. Rubio ilk dəfə NATO toplantısına qatılmaqdan məmnunluğunu ifadə edib. Rubio:

"ABŞ NATO-da həmişəkindən daha fəaldır. Qlobal mediada və ABŞ-də bəzi yerli mətbuatda NATO ilə bağlı gördüyüm bəzi isterika və şişirtmələr əsassızdır. ABŞ Prezidenti (Donald) Tramp NATO-nu dəstəklədiyini açıq şəkildə ifadə etdi. NATO-da qalacağıq" , - dedi.

 

ABŞ-nin NATO-nun daha güclü olmasını istədiyini vurğulayan Rubio:

"NATO-nun daha canlı olmasını istəyirik. NATO-nun daha güclü və canlı olmasının yeganə yolu tərəfdaşlarımızın, bu mühüm ittifaqı təşkil edən milli dövlətlərin daha çox imkanlara sahib olmasıdır" , - dedi.

 

 

Mənbə: TRT Haber
Kəmalə Vəliyeva