“Cavab məktubu ABŞ-yə göndərilib, qərarını gözləyirik”

Bölmə: Dünya › ,
Tarix: 17:50 07.04.2025

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi, ABŞ Prezidenti Donald Trampın istədiyi kimi birbaşa danışıqlara girməyəcəklərini bildirib.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmini və regional inkişafları dəyərləndirib. Bekayi ABŞ-lə Prezident Donald Trampın istədiyi kimi birbaşa danışıqlara getməyəcəklərini, təklif etdikləri dolayı danışıqlar formatı ilə bağlı Vaşinqtonun qərarını gözlədiklərini bildirib.
ABŞ-lə danışıqların mümkünlüyü ilə bağlı Bekayi deyib:
"İranın cavab məktubu ABŞ-yə çatdırılıb. ABŞ-nin bu məsələ ilə bağlı qərarını gözləyirik. Dolayı danışıqların irəliləyişində digər tərəflərin də iştirak rekordu aydındır. Belə bir proses formalaşarsa, Oman bu vəzifənin əsas namizədi olacaq".

 

Mənbə: CNN Türk
Nərmin Həşimova