"ABŞ və Rusiya ilə atəşkəsin təmin olunması istiqamətində danışıqları davam etdirir".

Tarix: 17:14 04.04.2025
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya arasında müharibədə qeyd-şərtsiz atəşkəsin təmin olunması üçün danışıqların davam etdiyini bildirib.
Zelenski Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizə apardığını vurğulayaraq, Rusiyanın işğal etdiyi bölgələri "Rusiya torpaqları" kimi tanımayacaqlarını qeyd edib.
O, Ukraynanın bütün torpaqlarını geri qaytarması halında sülhün tam mənada bərqərar ola biləcəyini söyləyib və əlavə edib:
“Əgər bu torpaqların diplomatik yollarla zamanla geri qaytarılması barədə razılıq əldə olunsa, bəlkə də , bəzi ərazilər üçün bu, yeganə yol ola bilər. Bu səbəbdən də Ukraynanın ərazi bütövlüyünün bərpa olunması üçün əlimizdən gələni edəcəyik”.
Zelenski müharibənin sona çatmasını istədiklərini ifadə edərək, Səudiyyə Ərəbistanında keçirilən görüşlər zamanı ABŞ-nin "qeyd-şərtsiz atəşkəs" təklifini Ukrayna olaraq qəbul etdiklərini xatırladıb.
O bildirib ki, Rusiya həmin atəşkəsi qəbul etməyib, lakin ABŞ və Rusiya arasında bu mövzu ilə bağlı “ictimaiyyətə açıq olmayan” danışıqların davam etdiyini vurğulayıb. Zelenski:
“Amerikalılarla Ruslar arasında bu mövzu ilə bağlı danışıqların getdiyini bilirik” , - deyə əlavə edib.
Mənbə: HABER GLOBAL
Nuray Əliyeva