Qəzetlər niyə bütün dünyada oxunur, Azərbaycanda yox?

Bölmə: MEDİA › ,
Tarix: 11:20 11.04.2025

Belə bir deyim var: "Qəzetlə nazir də öldürmək olar,milçək də". Bir çox nəzəriyyəçilərin fikrincə qəzet dünya jurnalistikasının ilk "qaranquşudur".  Elə həmin nəzəriyyəçilər qəzet erasının başa çatdığını da deyirlər. Bu mövcud durum Azərbaycanda da öz əksini tapıb. Çünki qəzetlər köşklərdə günlərlə qalır, saralır...

Amma dünya ölkələrinin əksəriyyətdə belə deyil. İstər qardaş ölkə Türkiyə olsun,istərsə də Avropada qəzetlər kifayət qədər oxunur.
Yeni media deyilincə, daha çox düşünülən tərif: internet, internet texnologiyasıdır. Amma yeni medianın bu tərifi də ehtiva edərək daha geniş bir şərhi olmalıdır. Yeni media ilə əlaqədar ilk şərh daha çox məlumatın paylanmasıyla əlaqədar amma yeni medianın içində istifadəçi də aktiv ola bilir. Bir tərif etmək lazım olsa yeni media; yeni çıxan texnologiyalar və bunların istifadəsi və eyni zamanda köhnə texnologiyalar üçün inkişaf etdirilən yeni üsullardır. Bu yeni üsullara nümunə olaraq: e-book, internet qəzetləri, dijital olaraq çıxarılan animasiya və 3D filmlər verilə bilər.
Yeni Media – bu sahə barədə demək olar ki, hər kəsin məlumatı var, lakin onun əslində bu ifadə ilə adlandığını və necə böyük şaxələrə bölündüyünü hər adam bilmir.
Yeni Media ənənvi mediadan çox da fəqlənməsə də və onun inkişafının nəticəsi olsa da ondan bir sıra kriteriyalarda müəyyən dərəcədə fəqlənir. 1980-ci illərə kimi bütün KİV-ləri çap və analoqlu görüntüyə əsaslanan məlumatlardan, yəni televiziya, qəzetlər və radiodan ibarət idi. Lakin son 25 ildə informasiyanın yayılması və cəmiyyətə çatdırılması sahəsində çox ciddi və sürətli irəliləyişlər, inkişaf nəzərə çarpmağa başladı. Bunlar internet və kompüterin yaranması ilə bağlı oldu. Elə köhnə media vasitələri də Adobe, MS Office proqramlarında yığıldığına görə yeni texnologiyanın inkişafı üçün zəmin yaranmış oldu.
Ənənəvi media isə geniş və fərqli anlayışdır: qəzet, radio, televiziya və s.
Bəs, yeni medianın yaranması ənənəvi jurnalistikanı "öldürdümü?"
Bu mövzunu araçdırarkən ekspertlərdən aldığımız fikirlərə nəzər salaq.
İlk sualımız yazıçı Anara oldu "Sizcə, insanlara, oxuculara böyük ənənəsi və tarixi olan yazılı mətbuat, çap mediası-qəzetlər, jurnallar lazımdır, yoxsa, son illər “yeni media” adı meydana gələn internet mediası-saytlar, portallar və sair?
Yazıçı Anar bildirib ki, son bir-iki ay ərzində qəzetləri oxumur və odur ki, bu yöndə mediada, cəmiyyətdə gedən fikir dartışmalarından xəbərsizdir: “Son bir-iki ay olar ki, qəzetlərin heç birini oxumuram. Niyə? Çünki əlimdə çox vacib işim var. Qəzetlərin  hamısı yığılıb toplanıb stolumun üstündə. Gəlsəniz görərsiniz. Yəni, ona görə də  təxminən   ay yarımdır heç bir şeydən, söhbətlərin heç birindən xəbərim yoxdur. Ancaq ümumi şəkildə onu deyə bilərəm ki, əlbəttə, bütün hallarda  qəzetlər qalmalıdır. Qəzetlərin ənənəsi var, tarixi var, öz yeri və rolu var”. Xalq yazıçısı eyni zamanda deyib ki, insanlara, oxuculara, izləyicilərə, kütləyə bütün materiallar – istər ciddi, istərsə də yüngül adlandırılan materiallar lazımdır. Ancaq onun sözlərinə, əsas xəbərlərdir, ciddi materiallardır, ciddi söhbətlərdir:
“Əlbəttə, bunlar qəzetdə də, internetdə də yer almalıdır. Amma indi bəzi adamlar sırf əyləncə xarakterli yazılarla maraqlanırlar. Onları da küsdürmək olmaz. Bu da onların  öz zövqüdür və ona görə həmin materiallar da yer almalıdır. Amma, əlbəttə, daha ciddi məsələlər ətrafında söhbət getməlidir, insanları maarifləndirən yazılar təqdim olunmalıdır. İnsanların zövqünü korlamaq olmaz”. Xalq yazıçısı həmçinin bildirib ki, istər ənənəvi, çap mediası qalmalıdır, istərsə də, yeni media adlandıranlar: “Mənim fikrimcə, qəzetlər də qalmalıdır, jurnallar da qalmalıdır,  onlar heç də yeni media ilə bir-birilərinə mane olmurlar. Onlar ayrı şeydir, bunlar ayrı şey”.
Araşdırma üçün 2016-cı ildə BDU, jurnalistika fakültəsi müəllimləri tərəfindən nəşr olunan "Ənənəvi mediadan internet mediasına doğru" kitabına nəzər saldım. Samir Mirzəyev kitabda çıxan məqaləsində belə yazıb:
Artıq neçə müddətdir ki, "jurnalistika" anlayışı "ənənəvi" və "internet" adlı 2 qismə bölünüb. Və bütün dünyada olduğu kimi ölkəmizdə də internet jurnalistikası ənənəvi jurnalistika sıxışdırmaq üzərədir. Bu gedişatla bir neçə müddət sonra ənənəvi media tarix səhifələrinə qovuşa bilər. Artıq bunu əksər öndə gedən qəzet və jurnal redaktorları da təsdiq edirlər.
Sualımızı Akif Aşırlı və Rəşad Məcidə də verdik. Elə onların cavabları da digər nəticələr ilə üst-üstə düşürdü.
Qəzetlər niyə bütün dünyada oxunur, Azərbaycanda yox?
Bəlkə internet Azərbaycanı tamamilə "ələ alıb"?
Bəlkə Azərbaycanda çap olunan qəzetlərin formatı, mətnləri məqalələri oxuyucu üçün maraqsızdır?
Həm ənənəvi media həm də yeni mediada işləyən jurnalist Kənan Novruzov isə məsələyə bu cür yanaşdı: Mənə görə bu mövzu subyektivdir və konkret ölkəyə xasdır. Bunu biz qlobal tendensiya kimi qəbul etməməliyik. Bir çox məşhur qəzetlər var ki, The Times, Vashington post və s. bu gün də çox böyük tirajlarla oxuyucuların qabağına gəlir. Hətta Türkiyənin bəzi yerlərində insanlar səhərlərini qəzetlə açırlar desək yanılmarıq. Azərbaycanda isə biz bunu görmürük. Qəzetlər adətən köşklərdə qalır. Bunun əsas səbəblərindən biri iqtisadi məqamdır. İkincisi, qəzetlər aşağı yuxarı bir birlərini təkrarlayırlar. Həm dizayn həm yazı baxımından.
Kənan Novruzov son olaraq bildirib: düşünürəm ki, abunə kompniyaları, təşviq edici addımların həyata keçirilməsi bu böhranı aradan qaldıra bilər.

Hamar Quluzadə