Microsoft-a "Qəzza" etirazı

Tarix: 20:37 06.04.2025
Bəzi Microsoft əməkdaşları, şirkətin 50 illik yubiley partisində Microsoft-un İsrailə verdiyi dəstəyə etiraz ediblər.
Microsoft-un Süni İntellekt üzrə baş direktoru (CEO) Mustafa Süleymanın şirkətin 50 illik yubiley partisində etdiyi çıxış, Microsoft-un İsraillə olan əməkdaşlığını etirazla qarşılayan əməkdaşlar onu yarımçıq kəsib. Microsoft-un həmtəsisçisi Bill Gates və keçmiş CEO'su Steve Ballmer-in də iştirak etdiyi tədbirdə tamaşaçılar arasından səhnəyə yaxınlaşan İbtihal Aboussad Süleymana səslənərək bildirib:
“Süni intellekti yaxşılıq üçün istifadə etdiyini iddia edirsən, amma Microsoft İsrail ordusuna süni intellekt silahları satır. 50 min insan öldü və Microsoft bölgəmizdəki bu soyqırımı dəstəkləyir". Süleyman isə ona səhnədən “Etirazın üçün təşəkkür edirəm, səni eşidirəm,” cavabını verib. Aboussad səhnəyə öz kefiyəsini atdıqdan sonra təhlükəsizlik onu tədbirdən çıxarıb. Microsoft-un süni intellekt bölməsində işləyən proqram mühəndisi Vaniya Agrawal isə partinin başqa bir hissəsində – Gates, Ballmer və CEO Satya Nadella səhnədə olduğu anda – “Hamınıza yazığım gəlir, hamınız ikiüzlüsünüz” deyə qışqırıb. Agrawal, Qəzzada 50 min fələstinlinin Microsoft texnologiyası ilə öldürüldüyünü bildirib və əlavə edib:
“Onların qanı üzərindən bayram edirsiniz. İsraillə əlaqələrinizi kəsin". Bu sözlərindən sonra o da tədbirdən çıxarılıb. CNBC-nin xəbərinə görə, Agrawal bu etirazından sonra Microsoft rəhbərliyinə göndərdiyi e-poçtda işdən çıxacağını bildirib.
TRT Haber
Billurə Quliyeva