"NewsLab"a yeni üzüvlər seçildi

Tarix: 16:52 08.04.2025
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində, universitetin və ARB24 telekanalının birgə həyata keçirdiyi "NewsLab" layihəsinə seçilən tələbələrin adları açıqlandı. Tədbirə fakültənin dekanı Vüqar Zifəroğlu giriş sözü ilə başlayaraq bu layihənin əhəmiyyətini və jurnalistika sahəsindəki gənc istedadların inkişafına verdiyi dəstəyi vurğuladı. O, "NewsLab"ın tələbələrə real mediada təcrübə qazanmaq və peşəkar xəbər jurnalistləri olaraq yetişmək imkanı yaratdığını qeyd etdi.
ARB24 telekanalının direktoru Radik İsmayılov "NewsLab"ın jurnalistika fakültəsinə təşəkkür layihəsi olduğunu, bu layihənin əsas məqsədinin xəbər jurnalistləri yetişdirmək məqsədi daşıdığını vurğuladı. Ayrıca, Media Agentliyinin də gələcəkdə bu layihəyə dəstək verəcəyini bildirdi.
Tədbirin sonunda layihəyə qəbul edilən 1-ci, 3-cü və 4-cü kurs tələbələrinin adları açıqlandı.
Seçilən tələbələr, "NewsLab" layihəsində iştirak etmək imkanı əldə edərək, jurnalistika sahəsində öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər:
• Cənnət Osmanova
• Hamar Quluzadə
• Asiman Hafizqızı
• Aytac Baxış
• Zeynəb Mustafazadə
• Fatimə Nəsirli
• Nəzrin Süleymanova
• Səlimə Abdurrəhimova
• Fatimə Zeynalova
• Xədicə Əlizadə
• Rəfail Məcidov
• Elşən Sultanzadə
Bu tələbələr, ARB24-ün peşəkar mühitində xəbər hazırlama təcrübəsi qazanacaq və gələcəkdə jurnalistika sahəsindəki karyeralarını inkişaf etdirmək üçün yeni fürsətlər əldə edəcəklər.
Layihə, həmçinin BDU-nun jurnalistika fakültəsinin media ilə əməkdaşlıqlarını və tələbələrinə təqdim etdiyi inkişaf imkanlarını bir daha təsdiq edir.
Banuçiçək Kalbalıyeva