BDU-da "Sərhədlərində Yeni Sən'"

Tarix: 22:09 11.04.2025
Bu gün, yəni 11 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetində Psixoloji Yardım Sektorunun psixoloqu, universitetin müəllimi İlkanə İmran tələbələrlə görüş keçirib. Təlimin mövzusu "Sərhədlərində Yeni Sən" olub. Bu mövzu təlim iştirakçılarının xüsusi marağına səbəb olub. Təlim qarşılıqlı söhbət formatında, tələbələrin aktiv iştirakı ilə keçirilib.
Mövzu əsasında aparılan müzakirələrdə İlkanə xanım hər bir iştirakçının fikirlərini dinləyib və onları düzgün istiqamətləndirməyə çalışıb. Müzakirənin əsas hissəsini “Yox deyə bilməmək” mövzusu təşkil edib. Bu mövzu ilə bağlı müxtəlif, bəzən isə oxşar fikirlər səsləndirilib. “Yox deyə bilməməyin səbəb və nəticələri”, “Sərhədsizliyin mənfi təsirləri”, “Sərhəd qoymağın səbəbləri və nəticələri” kimi başlıqlar əsasında aparılan diskussiya tələbələrin düşünməsinə və özlərində müəyyən dəyişikliklər hiss etmələrinə səbəb olub.
İlkanə xanım mövzu ilə bağlı videoçarx da təqdim edib. O, şəxsi sərhədlərin növləri, sağlam sərhədlərin formalaşdırılmasının zəruriliyi və bu sərhədləri necə təyin etməli olduğumuz barədə ətraflı məlumat verib. Təlim zamanı tələbələrin sual və fikirləri də cavablandırılıb.
Nigar Həsənzadə