Əminə Ərdoğan Suriya Prezidentinin həyat yoldaşı Lətifə Əl Durubi ilə görüşdü

Tarix: 22:34 11.04.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Suriya Prezidenti Əhməd Şaranın həyat yoldaşı Lətifə Əl Durubi ilə bir araya gəldi.
Əminə Ərdoğan, TRT-nin rəsmi ünsiyyət sponsoru olduğu 4-cü Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Türkiyəyə gələn Lətifə Əl Durubi ilə Nest Konqres və Sərgi Mərkəzində görüş keçirib.
Əl Durubi və Əminə Ərdoğan görüşdə Suriyada qadınlar və uşaqlarla bağlı həyata keçirilə biləcək ortaq layihələri müzakirə ediblər.
Görüşdən sonra Əl Durubi, 2023-cü ildə BMT-nin 78-ci Baş Assambleyasında qlobal səviyyədə imzaya açılan və Prezident Rəcəb Tayyib Ərdoğanın ilk imzalayan olduğu “Qlobal Sıfır Tullantı Yaxşı Niyyət Bəyannaməsi”ni imzalayıb.
Daha sonra Əl Durubi və Əminə Ərdoğan Afrika Mədəniyyət Evi stendini ziyarət ediblər. Əl Durubi, stenddə nümayiş olunan məhsulları bəyəndiyini bildirib.
Əminə Ərdoğan, Lətifə Əl Durubini fevralın 4-də Prezident Sarayındakı Dövlət Qonaq Evində qəbul edib.
Mənbə :TRT Haber
Nigar Həsənzadə