Bakıda məktəbli itkin düşdü -Polis axtarır

Bölmə: Hadisə › ,
Tarix: 22:04 12.04.2025

Bakıda 4-cü sinif şagirdi itkin düşüb.

"İnformator.az" “Qafqazinfo"ya istinadən xəbər verir ki, Elizadə Ayxan Zəfər oğlu sonuncu dəfə Sarayevo küçəsi istiqamətində, Neapol dairəsi və 171 nömrəli məktəbin yaxınlığında görülüb.

Yaxınları hadisə ilə bağlı polisə müraciət etdiklərini bildiriblər.

Görənlərdən və ya məlumatı olanlardan 077 733 05 05 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Məlumata görə, azyaşlı fotodakı geyimdə olub.

 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, azyaşlı axtarışa elan olunub.

Onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.