Zelenski Ukraynanın itkilərini açıqladı: Rusiya bununla razılaşmır

Bölmə: Siyasət › ,
Tarix: 14:35 14.04.2025

 

Ukrayna Silahlı Qüvvələri 2022-ci ildən indiyədək 100 minə yaxın hərbçini itirib.

 

"İnformator.az" "Publika.az"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski CBS telekanalına danışıb.

 

"İtkilər 100 000 Ukrayna əsgəridir", - Zelenski detalları paylaşıb.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi isə təkcə 2025-ci ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələrinin itkilərinin təxminən 140 min nəfərə çatdığını bildirib. Rusiya tərəfinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Ukrayna Silahlı Qüvvələri 138 545 hərbçi itirib.