ABŞ Çinə gömrük rüsumu qoyur

Tarix: 21:35 14.04.2025
Son günlərdə ABŞ-nin Çinə gömrük rüsumu qoyması məsələsi geniş müzakirə olunur.
Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin Çinə gömrük rüsumu qoyması geniş müzakirə olunur. Təbii ki, bu iqtisadi cəhətdən ABŞ tərəfi üçün qazanc, Çin üçün isə itki ilə nəticələnəcək:
"Reallıq da ondan ibarətdir ki, ABŞ və Çin iqtisadiyyatları bir-birlərindən çox asılıdırlar. Bu gün Çinin bir çox məşhur və iri şirkətləri, səhmdarları və investorları ABŞ-də fəaliyyət göstərir. Eyniliklə, ABŞ-nin də investorları və iş adamları Çində iş aparır. Hətta deyərdim ki, bu səbəbdən heç vaxt Çinlə ABŞ arasında müharibənin şahidi olmayacağıq".
Beynəlxal sferada Çin mallarının bahalaşması gözlənilirmi?
"Çin malları hər zaman ucuz olub, bazara ucuz mallarla çıxdıqdan sonra markalaşır və beləliklə, öz mallarının dəyərini artırır. Çin ucuz məhsul istehsal etməkdə əsas məqsədi isə ucuz işçi qüvvəsinə sahib olmasıdır. Bu səbəbdən Çin mallarına təlabatın azalacağını düşünmürəm. Çünki Çin mallarının əsas üstünlüyü ucuz, praktik və istehsalının asan olmasıdır. Çin mallarının əsas təlabat nöqtəsi Asiya və Latın Amrikası ölkələri bazarlarıdır. ABŞ isə buna təsir edə bilmir. Gömrük rüsumlarını qaldırmaqda ABŞ-nin əsas məqsədi ölkəyə bir gündə daha çox gəlir gətirməkdir. Mən həmişə bunu ona bənzədirəm ki, İran şahı Rza Şah Pəhləvinin bir gündə neft qiymətlərini sünii şəkildə qaldıraraq İran iqtisadiyyatını dünyanın ən gözəl iqtisadiyyatına çevirməsi kimi, ABŞ də bu üsuldan istifadə edir. ABŞ gömrük rüsumunu indiyə qədər aşağı saxlamasında əsas məqsədi bu günlər idi, dolların dünya bazarında yerini möhkəmləndirmək, həmçinin ABŞ-nin digər ölkələrə təsirini gücləndirməsi əla bir fürsət idi ki, ABŞ budan rahatlıqla istifadə etdi".
Billurə Quliyeva