Trump, Çinə tarifləri yumşaltmağa işarə edib

Tarix: 19:06 23.04.2025
ABŞ Prezidenti Donald Tramp iqtisadi gündəmini davam etdirərkən son gərginliklərdən sonra Çin və ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədrinə qarşı bəyanatlarını yumşaldıb. Tramp onu dəfələrlə tənqid etdikdən sonra Mərkəzi Bankın sədri Jerome Paueli “qovmaq fikrində olmadığını” deyib və əlavə edib ki, o, Pauellin faiz dərəcələrini azaltmaqda “bir az daha fəal” olmasını istəyir. Çərşənbə axşamı Oval Ofisdə danışan Tramp həmçinin Çinlə ticarət əlaqələrinin yaxşılaşdırılmasına nikbin olduğunu bildirib. O, Çin idxalına tətbiq edilən tariflərin "əhəmiyyətli dərəcədə azalacağını, lakin sıfıra enməyəcəyini" söyləyib.
Tramp Çindən idxal edilən məhsullara 145%-ə qədər gömrük rüsumları tətbiq edib. Digər ölkələr indi iyul ayına qədər ABŞ-nin 10% tarifi ilə üzləşirlər. Çin hökuməti ötən həftə bildirib ki, mövcud mallara yeni tariflər əlavə olunarsa, bəzi Çin mallarına tariflər 245 faizə çata bilər. Çin ABŞ-dən gələn mallara 125 faiz rüsum tətbiq etməklə cavab verdi və "sona qədər mübarizə aparacaqlarını" bildirib. Çin hökuməti hələ də Tramp administrasiyasının son bəyanatlarına rəsmi cavab verməyib.
BBC News
Asiman Vəliyeva