Ermənistan parlamenti qarışıqlıq içindədir

Bölmə: Dünya › ,
Tarix: 22:29 23.04.2025

Ermənistanda parlament qarışıqlıq içindədir. 1915-ci il hadisələri ilə bağlı qanun layihəsinə səsvermə zamanı iqtidarla müxalifət əlbəyaxa mübarizə aparıb.

 

 

Ermənistanda parlament qarışıqlıq içindədir. Hakim partiya ilə müxalifət deputatları arasında toqquşma olub. Ermənistan parlamentində dava parlamentin iclası zamanı baş verib. Erməni müxalifətinin “Ermənistan” alyansı Daşnak Partiyasının təşəbbüsü ilə “Ermənistanda soyqırımı inkar edənlər ağır cinayət törətmiş hesab edilməlidir” qanun layihəsini səsverməyə çıxarmaq istəyib.


Parlamentin spikeri Alena Simonyan müxalifətin təkzib qanununu təxribat məqsədilə gündəmə gətirdiyini dedikdən sonra müxalifətlə hökumət deputatları arasında toqquşma olub.
Deputatlar arasında əlbəyaxa dava dəqiqələrlə davam edib. Parlamentdə təhlükəsizlik bərpa edildikdən sonra iclasa 20 dəqiqə fasilə verilməsi qərara alınıb. Müxalifət blokuna daxil olan Daşnak Partiyası qanun layihəsini gündəmə gətirməklə birbaşa Nikol Paşinyanı hədəfə alır.


Ermənistanın baş naziri Paşinyan son illərdə dəfələrlə bəyan edib ki, 1915-ci il hadisələrinə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir.

 

Mənbə: CNN Türk
Əminə Əliyeva