Bilinməyən Eqo: Özünü Tanımadan Qurulan Şəxsiyyət

Bölmə: Sosial › ,
Tarix: 23:12 23.04.2025

Modern cəmiyyət insanları daim müəyyən çərçivələrə uyğunlaşmağa vadar edir. Bir çox insan kim olduğunu sorğulamadan, cəmiyyətin, ailənin və ya sosial medianın təsiri ilə bir kimlik formalaşdırır. Bu zaman yaranan "bilinməyən ego" – yəni tanımadığımız, amma yaşadığımız şəxsiyyət – daxili ziddiyyətlərə və psixoloji yorğunluğa səbəb ola bilər.

 

Bu mövzu ilə bağlı psixoloq Sibel Piriyeva "İnformator.az"a açıqlamasında bildirib ki, insan bioloji, fiziki, psixoloji, emosional və sosial varlıqdır:

 

“Fərd cəmiyyətdə inkişaf edərək şəxsiyyətə çevrilir. "Mən" obrazı insanda 3 yaşında formalaşır. Sağlam ailə, məktəb və sosial mühitdə reallıqlar üzərində inkişaf edir. "Real mən" ilə "ideal mən" arasında fərqlər nə qədər çox olarsa, insan ruhuna və şəxsiyyətinə o qədər zərər vurur.

 

Sosial aləmin şəxsiyyət üzərində təsirləri böyükdür. Bu səbəbdən mövcud problemlərdə sosial yanaşmalar nəzərə alınır. Psixikası və ya şəxsiyyətində pozuntular olan şəxsləri ətrafdan təcrid etmək deyil, psixoloji dəstək göstərmək və onların yanında olunduğunu hiss etdirmək önəmlidir. Xüsusilə ailə dəstəyi çox vacibdir".

 

Nigar Həsənzadə