“Neftçi” kubokdan kənarlaşdırıldı -"Sabah" finalda

Tarix: 22:16 23.04.2025
Futbol üzrə Azərbaycan kubokunda digər finalçı müəyyənləşib.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, sonuncu finalçının adına “Sabah” - “Neftçi” matçından sonra aydınlıq gəlib.
İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn “Sabah” cavab matçında üstünlüyünü qorumağı bacarıb. Cavab qarşılaşması 1:1 hesabı ilə başa çatdığından Masazır təmsilçisi finala adlayıb.
“Sabah” finalda “Qarabağ”la qarşılaşacaq.